
"Ətli piroq"un hazırlanma qaydası
Qış aylarının sevimli yeməyi “Ətli piroq”: Onu hazırlamaq üçün...

Yumşaq qat-qat xəmirdən müxtəlif cürə yeməklər hazırlaya bilərsiniz. Belə yeməklər qış aylarının ən sevimlisi olur. Lent.az bu gün sizə “ətli piroq”un hazırlanma qaydasını təqdim edəcək. Qat-qat xəmir ilə göbələkli, farş ətli piroqun dadı uzun müddət damağınızdan getməyəcək.
Qeyd edək ki, qat-qat xəmir mağazalarda hazır satılır. İstəsəniz, evdə də hazırlaya bilərsiniz.
“Ətli piroq”u hazırlamaq üçün lazım olan ərzaqlar:
400 qr qat-qat xəmir
250 qr şampinyon göbələyi
150-200 qr farş ət
1 ədəd soğan
50 qr holland pendiri
3 x/q duru yağ
İstiot
Duz
Un
İndi isə hazırlanma qaydasına baxaq. Əvvəlcə göbələyi təmiz yuyun. Xırda-xırda doğrayın. Tavaya duru yağı və doğranmış göbələkləri əlavə edib 5-7 dəqiqə bişirin. Daha sonra soğanı təmizləyin, xırda-xırda doğrayın və göbələyin üzərinə əlavə edib 10-15 dəqiqə zəif temperaturda bişirin. Ayrı bir tavaya duru yağı əlavə edib farş əti bişirin. Farş ət tam bişənə qədər nəzarət edin. Bişənə yaxın duzu, istiotu əlavə edin.
Qat-qat xəmiri sobanın qabına sərin. Xəmiri sobanın qabına yerləşdirməmişdən əvvəl qabın dibinə un səpin. Xəmirin bir hissəsinə hazır olan farşı və göbələyi əlavə edin. Çünki digər yarısı ilə onun üstünü örtəcəksiniz. Holland pendirini sürtgəcdən keçirib üzərinə əlavə edin. Hazır olan piroqu sobaya qoyub 200 dərəcədə təxminən 30 dəqiqə bişirin. “Ətli piroq” hazırdır.
Nuş olsun!

Lamiyə Məmmədova
Oxşar yazılar

Uşaqların sevimli şirniyyatı “Tısbağa qurabiyə”
15 yanvar 2021 , 16:55
Dadından doymadığınız “Rafaello”: Onu necə hazırlayaq?
13 yanvar 2021 , 11:31
Məşhur Alman yeməyi “Frikasse”: Ləziz dadını unutmayacaqsınız
11 yanvar 2021 , 15:58
Qısa müddətdə hazır olan “börək”: Onu hazırlamaq üçün...
7 yanvar 2021 , 14:58
Yeni il süfrəsinin bəzəyi olan hinduşkanın FAYDALARI
30 dekabr 2020 , 17:46
Asan hazırlanan “Kartof kotleti”: Bu üsuldan istifadə etsəniz...
30 dekabr 2020 , 13:33
“Balıq kotleti” – Uşaqlar onu çox sevir
29 dekabr 2020 , 15:30