
Evdə lahmacun hazırlamağın qaydası
Lahmacunu evdə necə bişirək? – Asan və tez hazırlanma üsulu
Lahmacun çoxumuzun sevərək yediyi ləziz yeməklərdəndir. Türk mətbəxinə aid olan bu yeməyi yemək üçün bəziləri, adətən restoranlara üz tuturlar. Amma nəzərə alsaq ki, pandemiya səbəbilə karantindir və bir çox məkanlar kimi kafe və restoranların işləməsinə icazə yoxdur, o zaman gərək bu yeməyi evdə hazırlayaq. Lahmacun hazırlamaq o qədər də çətin deyil.
Lent.az evdə asanlıqla edə biləcəyiniz lahmacun reseptini təqdim edir.
Lahmacun üçün bizə lazım olan ərzaqlar bunlardır:
Xəmir üçün:
4 stəkan un (ələkdən keçirilmiş)
1 xörək qaşığı maya
2 stəkan ilıq su
1 xörək qaşığı duru yağ
1 çay qaşığı şəkər tozu
1 çay qaşığı duz
İçlik üçün:
350 qram qıyma
2 ədəd pomidor
2 ədəd soğan
2 xörək qaşığı tomat
1 çay qaşığı duz
1 çay qaşığı qara istiot
1 çay qaşığı qırmızı istiot
1 xörək qaşığı sirkə
1 dəstə cəfəri
İndi isə hazırlanma qaydasına baxaq. Əvvəlcə 4 stəkan una 1 çay qaşığı duz və 1 çay qaşığı şəkər əlavə edərək, 2 stəkan suyu yavaş-yavaş töküb, xəmir hərtərəfli hamarlaşana qədər 4-5 dəqiqə yaxşı yoğurun. Sonra xəmiri kündələrə ayırın, nəmli bir parça ilə örtün. Xəmiri təxminən 1 saatlıq kənara qoyuruq.
Mətbəx prosessorunun içinə pomidor və soganları əlavə edin (rəndədən də keçirmək olar), pürə halına gəlməsin, ancaq diri-diri də qalmamasına diqqət edin. Bu qarışığı qiymaya əlavə edib üzərinə xırda xırda doğranmış cəfəri tökün. Sirkəni isə yumşaqlıq versin deyə həm də alınma lahmacunlara bənzəsin deyə əlavə edirik. İçliyiniz hazırdı.
Kündələri növbə ilə çox nazik dairə əldə edənədək oxlovla açırıq. Üstünə içliyi yayırıq. Lahmacunu öncədən isinmiş sobada ət bişənədək, təxminən 7-10 dəqiqəyə bişiririk.
Nuş olsun!

Lamiyə Məmmədova
Oxşar yazılar

3 ərzaqla hazırlanan sadə tort resepti - Lent.az-ın mətbəxi
27 yanvar 2021 , 12:46
Soyuq havaların isti yeməyi xəngəlin fərqli resepti - Lent.az-ın mətbəxi
21 yanvar 2021 , 10:37
Uşaqların sevimli şirniyyatı “Tısbağa qurabiyə”
15 yanvar 2021 , 16:55
Dadından doymadığınız “Rafaello”: Onu necə hazırlayaq?
13 yanvar 2021 , 11:31
Məşhur Alman yeməyi “Frikasse”: Ləziz dadını unutmayacaqsınız
11 yanvar 2021 , 15:58
Qısa müddətdə hazır olan “börək”: Onu hazırlamaq üçün...
7 yanvar 2021 , 14:58
Qış aylarının sevimli yeməyi “Ətli piroq”: Onu hazırlamaq üçün...
4 yanvar 2021 , 13:21
Yeni il süfrəsinin bəzəyi olan hinduşkanın FAYDALARI
30 dekabr 2020 , 17:46