
Heyva və qoyun ətindən hazırlanan yemək
Heyva ilə qoyun əti: Sadə və fərqli yemək

Heyva iə qoyun ətindən hazırlanan yemək... Yəqin ki, bunu oxuyanda çoxunuz təəccüblənəcəksiniz. Bu iki qidanın bir-biri ilə əlaqəsi nədir?
Lent.az bu dəfə sizə hazırlanması sadə, dadı isə fərqli olan bir yemək ressepti təqdim edəcək.
Yeməyin hazırlanması üçün lazım olan ərzaqlar:
- 800 qram qoyun əti
- 2 heyva
- 1 iri soğan
- 1 çay qaşığı zirə
- duz, istiot
- bitki yağı
- təxminən yarım stəkan bulyon
Hazırlanması:
Əvvəlcə əti yağda qovurun. Sonra heyvanı dilimləyin, ortasını kəsin. Soğanı halqalar şəklində doğrayın. Ətin üzərinə əvvəl heyva, sonra soğanı düzün, duz, istiot, zirə əlavə edin, bulyon tökün. 1-1,5 saat ərzində zəif odda bişirin. Masaya düyü, bulqur, püre ilə vermək olar.
Nuş olsun!

Lamiyə Məmmədova
Oxşar yazılar

3 ərzaqla hazırlanan sadə tort resepti - Lent.az-ın mətbəxi
27 yanvar 2021 , 12:46
Soyuq havaların isti yeməyi xəngəlin fərqli resepti - Lent.az-ın mətbəxi
21 yanvar 2021 , 10:37
Uşaqların sevimli şirniyyatı “Tısbağa qurabiyə”
15 yanvar 2021 , 16:55
Dadından doymadığınız “Rafaello”: Onu necə hazırlayaq?
13 yanvar 2021 , 11:31
Məşhur Alman yeməyi “Frikasse”: Ləziz dadını unutmayacaqsınız
11 yanvar 2021 , 15:58
Qısa müddətdə hazır olan “börək”: Onu hazırlamaq üçün...
7 yanvar 2021 , 14:58
Qış aylarının sevimli yeməyi “Ətli piroq”: Onu hazırlamaq üçün...
4 yanvar 2021 , 13:21
Yeni il süfrəsinin bəzəyi olan hinduşkanın FAYDALARI
30 dekabr 2020 , 17:46