Dadından doymadığınız “Rafaello”: Onu necə hazırlayaq?
13 yanvar 2021 11:31 (UTC +04:00)

Dadından doymadığınız “Rafaello”: Onu necə hazırlayaq?

Mağazalardan aldığınız konfetləri evdə özünüz də hazırlaya bilərsiniz. Necə? İndi sizinlə sadə üsulla hazırlanmış dadlı və faydalı konfet reseptini bölüşəcəyik.

Lent.az cəmi 3 ərzaqla “Rafaello”nun hazırlanma qaydasını təqdim edir:

“Rafaello”nu hazırlamaq üçün bizə lazım olan ərzaqlar:

Kokos qırıntıları – 200 qram.

Qoz ləpəsi – 30 qram.

Qatılaşdırılmış süd – 200 qram.

Hazırlanma qaydası:

Kokos dərin qaba tökülür, üzərinə qatılaşdırılmış süd əlavə edilir və qarışdırılır. Sıyıq kimi  qatı alınmalıdır. Ən azı 1 saat soyuducuda özünü tutması üçün saxlanılır.

Qoz və ya fındıq ləpəsi qovrulur. Ayrıca qaba kokos tökülür. Soyuducudan çıxartdığınız xəmir kütlədən qopardıb, əlinizdə yayırsız, ortasına ləpə qoyulur, yumrulanır. Kokos içində bolluca fırladılır. Beləcə, bütün kütlədən “Rafaello” topları hazırlanır. Onlar da soyuducuda yarım saat saxlanılır. Vəssalam, “Rafaello” hazırdır.

Nuş olsun!

 

 

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3291
avatar

Lamiyə Məmmədova

Oxşar yazılar