"Kartof kotleti"nin hazırlanma qaydası
30 dekabr 2020 13:33 (UTC +04:00)

"Kartof kotleti"nin hazırlanma qaydası

Asan hazırlanan “Kartof kotleti”: Bu üsuldan istifadə etsəniz...

Asan hazırlanan, yumşaq, doyumlu, evdə olan ərzaqlarla axşam yeməyinə hazırlaya biləcəyiniz – “Kartof kotleti”. Bu yeməyi uşaqlarınızın da sevəcəyinə əminik.

Lent.az “kartof kotleti”nin hazırlanma qaydasını təqdim edir:

Bu yeməyi hazırlamaq üçün bizə lazım olan ərzaqlar:

2 xörək qaçığı zeytun yağı

1 ədəd soğan

250 qram qiymə ət

1 ədəd yerkökü

Duz

Qara istiot

Cəfəri                 

Kartof püresi üçün

1 kiloqram bişmiş kartof

1 ədəd yumurta

1 çay qaşığı duz

1 stəkan un

Üstü üçün

Yumurta

Çörək suxarisi    

Birinci içliyi hazırlayaq. Soğanı xırda-xırda doğrayırıq. Doğradıqdan sonra yağda biraz qarışdırırıq. Sonra buraya qiymə əti əlavə ediririk. Ətin rəngi dəyişdikdən sonra rəndədən keçirilmiş yerkökünü buraya əlavə edib bişirməyə davam edirik. Ən sonda duzu, istiotu və doğranmış cəfərini əlavə edib qarışdırırıq. Sobanı söndürürük.

Bişmiş kartoflarımızı püre halına gətiririk. Sonra buraya duzu, yumurtanı və unu əlavə edib yaxşıca qarışdırırıq. Hazır olan püremizdən kotletlər hazırlamaq üçün sizi yeni bir üsulla tanış etmək istəyirik. Strec plyonkadan biraz kəsirik. Buraya bir qaşıq püremizdən əlavə edirik. Yapışmaması üçün biraz un əlavə edə bilərsiniz. Əlinizlə üstündən sıxaraq dairə formasında açın. Bu dairənin ortasına hazırladığımız içlikdən bir miqdar qoyun. Daha sonra strec plyonkanın hər tərəfini qaldırın və birləşdirin. Püremizi top halına salın. Sonra strec plyonkanı açıb hazırladığınız topun ehtiyatla ortasından basaraq onu kotlet formasına salırıq.

Hazırladığımız kotletləri birinci yumurtaya sonra isə çörək suxarisinə batırıb yağda qızardırırıq. Kotletleri ehtiyatla çevirməyi unutmayın. Yeməyimiz hazırdır.

Nuş olsun!

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4238

Oxşar yazılar

Tərəvəz və göbələkli sobada bişmiş toyuq filesi -  RESEPT

Tərəvəz və göbələkli sobada bişmiş toyuq filesi - RESEPT

14 may 2025 , 14:52
Ən dadlı balqabaq çörəyinin  sirri: RESEPT

Ən dadlı balqabaq çörəyinin sirri: RESEPT

13 may 2025 , 15:10
Sezar salatının  büdcəyə uyğun RESEPTİ

Sezar salatının büdcəyə uyğun RESEPTİ

12 may 2025 , 13:57
Bişirilmədən hazırlanan bananlı tort: RESEPT

Bişirilmədən hazırlanan bananlı tort: RESEPT

9 may 2025 , 19:45
Çiyələk mürəbbəsini  belə hazırlayın: RESEPT

Çiyələk mürəbbəsini belə hazırlayın: RESEPT

8 may 2025 , 17:00
 Göyərtini   yeməyə nə zaman əlavə etmək olar?

Göyərtini yeməyə nə zaman əlavə etmək olar?

8 may 2025 , 12:07
Gürcü xaçapurisi belə hazırlanır -  RESEPT

Gürcü xaçapurisi belə hazırlanır - RESEPT

7 may 2025 , 17:42
Qocalma prosesini ləngidən çox ucuz balıqlar - SİYAHI

Qocalma prosesini ləngidən çox ucuz balıqlar - SİYAHI

5 may 2025 , 18:54