Bu il XI Beynəlxalq Türk dili Olimpiadası Türkiyənin İzmir şəhərində keçiriləcək. APA-nın xəbərinə görə, cari ilin iyun ayında baş tutacaq tədbirdə Azərbaycan geniş nümayəndə heyəti ilə iştirak edəcək. Mart ayının 15-də isə XI Beynəlxalq Türk dili Olimpiadasında Azərbaycanın təmsil olunması üçün seçim turu keçiriləcək. Bundan sonra olimpiadada Azərbaycanı təmsil edəcək nümayəndələrin dəqiq sayı və kimliyi məlum olacaq. Seçim turunda qalib gələn şagirdlər XI Beynəlxalq türk dili olimpiadasında Azərbaycanı təmsil edəcəklər. Seçilən qaliblər olimpiada da Azərbaycanın şeirini, musiqisini, xalq rəqslərini onlar üçün ayrılmış stendlərdə nümayiş etdirəcəklər.
Qeyd edək ki, ötən il Türkiyənin İstanbul şəhərində keçirilən olimpiadada 135 ölkənin nümayəndələri iştirak edib.