Xeyriyyə sərgisi
28 fevral 2013 15:15 (UTC +04:00)

Xeyriyyə sərgisi

 “8 Mart Beynəlxalq Qadınlar Günü” münasibətilə  Azərbaycan və Türkiyə xanımlarının əl işlərindən ibarət xeyriyyə sərgisi təşkil ediləcək. Sərgi ənənəvi olaraq hər il kecirilir. Təşkilatçı Gəncliyə Yardım Fondudur. Lent.az-ın məlumatına görə,  əldə olunacaq vəsait Fondun “101 Ehtiyac Sahibi Ailəyə Yardım”  layihəsi çərçivəsində Bakı şəhərində yaşayan 101 ehtiyacı olan ailəyə  sərf ediləcək. Sərginin açılış mərasimində dövlət və hökumət nümayəndələri, QHT rəhbərləri və KİV nümayəndələri iştirak edəcək. Üç gün davam edəcək sərgi martın 7-də saat 11:00-da  Fondun konfrans zalında keçiriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 633
avatar

Oxşar yazılar