Azərbaycan Dövlət Musiqili Teatrında N.Qoqolun “Evlənmə” tamaşası nümayiş olunub. Lent.az-ın məlumatına görə, səhnə əsəri növbəti nümayişi respublikanın xalq artisti Şükufə Yusupovanın yubileyinə həsr edilib. Ş.Yusupova, “Evlənmə” tamaşasında Fiokla İvanova rolunu oynayıb. Tamaşanın sonunda sənət yoldaşları, teatrın direktoru, əməkdar incəsənət xadimi, fəlsəfə doktoru Əliqismət Lalayev aktrisanı təbrik ediblər.
Konsertin onunda teatrın direktoru Ə.Lalayev öz fikilərini bölüşüb: “Şükufə Yusupova Azərbaycan teatrının ən istedadlı aktrisalarından biridir. Onun ad gününü ilk bizim teatr, dar çərçivədə qeyd edilib. O, ad gününün sevincini onu sevən siz tamaşaçılarla paylaşır...”
Qeyd edək ki, seyrçilərin alqış sədaları ilə səhnədə doğum günü tortu kəsildi.