Vaqif Səmədoğlu AYB-nin "Nəsimi" mükafatını aldı
20 mart 2014 12:51 (UTC +04:00)

Vaqif Səmədoğlu AYB-nin "Nəsimi" mükafatını aldı

0
Azərbaycan Yazıçılar Birliyində (AYB) “Nəsimi” Mükafatının növbəti təqdimetmə mərasimi keçirilib.

 

AYB-dən APA-ya verilən məlumata görə, tədbiri giriş sözü ilə açan xalq yazıçısı Anar mükafatın tarixindən danışıb: “Bir neçə il öncə katibliyin qərarı ilə müxtəlif mükafatlar təsis edildi. Onlardan biri də "Nəsimi" Mükafatıdır. "Nəsimi" Mükafatı iki ildən bir Novruz bayramı ərəfəsində təqdim olunur. Bu mükafat ilk dəfə İsa Hüseynova təqdim edildi. Bu il isə görkəmli xalq şairi, Yazıçılar Birliyinin Ağsaqqallar Şurasının sədri Vaqif Səmədoğluna təqdim edilir”.

 

Mükafat təqdim edildikdən sonra Vaqif Səmədoğlu Yazıçılar Birliyinə minnətdarlığını bildirib: “Mən indi elə durumdayam ki, sevinc yaşamağa böyük ehtiyacım var. Sevinc mənə dərman kimi gəlir. Bu gün mənim sevincimə səbəb oldunuz. Buna görə hamınıza dərin minnətdarlığımı bildirirəm”.

 

Tədbirdə xalq şairi Aşıqlar Biliyinin sədri Zəlimxan Yaqub da iştirak edib. AYB sədri Anar Zəlimxan Yaquba AYB-nin yeni üzvlük vəsiqəsini təqdim edib.

 
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 763

Oxşar yazılar