Mayın 2-də Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında “Heydər Əliyev və Türk Dünyası” adı konsert keçiriləcək. Lent.az-ın məlumatına görə, konsert “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İctimai Birliyinin (ABAİ İB) növbəti mədəniyyət layihəsi çərçivəsində gerçəkləşəcək.
Konsertdə türkiyəli sənətçi Həsən Sağındık, Azərbaycandan əməkdar artistlər Nuriyyə Hüseynova və Ağalar Bayramov çıxış edəcəklər.
ABAİ İB sədri Qənirə Paşayevanın verdiyi məlumata görə, mayın 3-4-də Heydər Əliyevin 90 illiyi və 3 may – Türkçülük Günü münasibəti ilə Salyanda və Tovuzda möhtəşəm konsert təşkil olunacaq. Konsertə giriş pulsuz olacaq.