Bakı Uşaq və Türkiyənin EKsanat Teatrının birgə hazırladığı “Türk xalqlarının teatrı” layihəsi çərçivəsində İntiqam Soltanın quruluş verdiyi “Sıravi Dursun” tamaşası Türkiyədə səhnəyə çıxarılacaq. Teatrın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, tamaşa İstanbul və Ankara da daxil olmaqla 30 şəhərdə nümayiş olunacaq.
Türkiyənin Mədəniyyət Nazirliyi tərəfindən planlaşdırılan səfərlə bağlı Bakı Uşaq Teatrı və EKsanat Teatrı arasında danışıqlar gedir.
Qeyd edək ki, adı keçən tamaşanın premyerası dekabrın 8-də Bakı Uşaq Teatrının müvəqqəti yerləşdiyi Sarabski adına mədəniyyət evində olub.
Bu günlərdə tamaşanın təkrar nümayişi üçün türkiyəli aktyorlar Bakıya gələcəklər.