Türkiyənin Azərbaycandakı səfiri Alper Coşkun Novruz bayramı münasibəti ilə Azərbaycan xalqını təbrik edib. Lent.az-ın məlumatına görə, səfir bayram təbrikində xalqımıza ən səmimi arzularını çatdırıb: “Novruzu bu il Azərbaycanda qeyd etməkdən böyük məmnunluq duyuram. Baharın gəlişinin və təbiətin canlanmasının xəbərçisi olan Novruzun azərbaycanlı bacı və qardaşlarıma, eləcə də Türk dünyasına barış, firavanlıq, xoşbəxtlik, bərəkət gətirməsini diləyir, bu gözəl bayram münasibəti ilə hamıya can sağlığı və müvəffəqiyyətlər arzu edirəm”.