TRT-nin "Ufuk Çizgisi" bu axşam Bakıdan canlı yayımlanacaq
20 mart 2013 15:19 (UTC +04:00)

TRT-nin "Ufuk Çizgisi" bu axşam Bakıdan canlı yayımlanacaq

TRT Haber kanalının ən çox seyr edilən proqramlarından olan “Ufuk Çizgisi” bu axşam Bakıdan canlı yayımlanacaq. Proqramın aparıcısı və rejissoru  Haluk Koçla ‘’Qarabağ Özəl’’ bölümü  TRT Haber ve TRT Avaz kanallarında yayımlanacaq.

TRT-nin Bakı Təmsilçisi Yüksəl Dəyərcanın Lent.az-a verdiyi məlumata görə, martın 20-də Bakı vaxtı ilə saat 23.05-də yayımlanacaq proqramda Novruz Bayramı, ölkənin bir nömrəli problemi olan Qarabağ, cəbhə xəttindəki gərginlik, problemin həllində ATƏT-in və Rusiyanın rolu, eləcə də 31 mart soyqırımı mövzuları işıqlandırılacaq.

Haluk Koçun rəhbərlik etdiyi çəkiliş qrupu Azərbaycandan 5 gün boyunca Bakı, Xocavənd və Qubada çəkilişlər aparıb.  İctimai Televiziyanın studiyalarından yayımlanacaq proqrama qonaqlar dəvət edilib və canlı yayım  100 dəqiqə davam edəcək. Millət vəkili Qənirə Paşayeva da qonaqlar arasında olacaq.

“Ufuk Çizgisi” proqramının martın 27-də Bakı vaxtı ilə saat 23.05-də yayımlanacaq proqramı yenə Azərbaycan, onun iqtisadi və energetika  siyasətinə, eləcə də Trans Anadolu layihəsinə həsr olunacaq.

Qeyd edək ki, Haluk Koçun fevralın 27-də hazırladığı Xocalı qətliamı ilə bağlı materialda faciə bütün detalları ilə tamaşaçılara təqdim edilmişdi.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 902
avatar

Oxşar yazılar