Prezident İlham Əliyev Tofiq Əhmədovun 90 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb. Lent.az-ın məlumatına görə, sərəncamda qeyd olunur ki, Azərbaycanda estrada musiqisinin inkişafı və təbliği işində özünəməxsus xidmətləri olan Tofiq Əhmədovun 90 illik yubileyinin keçirilməsini təmin etmək məqsədi ilə Mədəniyyət və Turizm Nazirliyi tədbirlər planı hazırlayıb həyata keçirməlidir.
Nazirlər Kabineti isə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.
Qeyd edək ki, 2014-cü ildə Azərbaycan Respublikasının xalq artisti, tanınmış dirijor və bəstəkar Tofiq Qəzənfər oğlu Əhmədovun anadan olmasının 90 illiyi tamam olur.