Türkiyənin tanınmış aktrisası Gülserən Babur 74 yaşında dünyasını dəyişib. Lent.az-ın Türkiyə mediasına istinadən verdiyi xəbərə görə, dünən gecə saatlarında aktrisanın beyninə qan sızıb. Xəstəxanaya yerləşdirilsə də onun həyatını xilas etmək mümkün olmayıb. Tanınmış aktrisa xəstəxanaya çatar-çatmaz, vəfat edib.
Qeyd edək ki, aktrisa Gülserən Babur “Çöpçülər Kralı”, “Şalvar Davası” və “Sultan”, son illərdə isə "Çiçək Taksi" və "Eyvah Qızım böyüdü" kimi filmlərdə oynadığı rolları ilə tanınıb.