Şəfiqə Axundovanın 90 illiyinə konsert həsr edilib
29 yanvar 2014 00:42 (UTC +04:00)

Şəfiqə Axundovanın 90 illiyinə konsert həsr edilib

Azərbaycanın tanınmış ifaçısı Ramil Qasımov xalq artisti, mərhum bəstəkar Şəfiqə Axundovanın əsərlərindən ibarət konsert proqramı ilə Azərbaycan Dövlət Musiqi Mədəniyyəti Muzeyində konsert proqramı ilə çıxış edib. APA-nın məlumatına görə, gecədə çıxış edən musiqişünas Səadət Təhmirazqızı bəstəkarın həyat və yaradıcılığından danışıb. Musiqişünas, professor Zemfira Qafarova həmçinin Şəfiqə Axundovanın adının və sənətinin musiqi ictimaiyyətində mühümlüyünü qeyd edib.

Gecədə həmçinin Əhsən Dadaşov adına “Xatirə” xalq çalğı alətləri ansamblı, qədim musiqi alətləri ansamblı, əməkdar artist Nuriyyə Hüseynova və AzTv-nin yeni solistlərdən Ayşən Mehdiyeva, Ramiq Bayramov, Sərxan Bünyadzadə və Gülnar Qüdrətli bəstəkarın mahnı və romanslarını ifa ediblər. Xalq artisti, professor tarzən Ramiz Quliyev Şəfiqə Axundova ilə bağlı xatirələrindən söz açaraq, bəstəkarın onun üçün yazdığı əsərlərdən danışıb. Tədbirdə çıxış edən AzTv-nin Musiqi kollektivlərinin bədii rəhbəri, Dövlət Səsyazma Evinin direktoru Ramil Qasımov bəstəkarın “Bu torpağa borcluyam”, “Vətənim”, “Ev bizim, sirr bizim” operettasından İdrakın ariyası, “Gəl ey

səhər”, “Öndər yolu” aratoriyasını ifa edib. Ramil Qasımov bəstəkarın xatirəsinin onun üçün çox əziz olduğunu qeyd edib.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 783
avatar

Oxşar yazılar