Romada “Bakıya uçuş: Müasir Azərbaycan incəsənəti” sərgisi açılıb
06 mart 2013 13:16 (UTC +04:00)

Romada “Bakıya uçuş: Müasir Azərbaycan incəsənəti” sərgisi açılıb

Heydər Əliyev Fondunun, “Baku” jurnalının ingilisdilli versiyasının və Azərbaycanın İtaliyadakı səfirliyinin birgə layihəsi çərçivəsində Romanın MAXXİ Milli Müasir İncəsənət Muzeyində “Bakıya uçuş: Müasir Azərbaycan incəsənəti” sərgisinin rəsmi açılışı olub. Lent.az-ın AzərTAc-a istinadən verdiyi məlumata görə, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və Fondun vitse-prezidenti Leyla Əliyeva mərasimdə iştirak ediblər.

Mehriban Əliyeva və Fondun vitse-prezidenti Leyla Əliyeva MAXXİ Milli Müasir İncəsənət Muzeyinə gəliblər. Əvvəlcə Azərbaycanın birinci xanımı Mehriban Əliyeva və Muzeyin prezidenti xanım Covanna Melandri arasında görüş olub. Görüşdə “Bakıya uçuş” sərgisinin Romada keçirilməsindən məmnunluq ifadə edildi, bu sərginin Azərbaycan ilə İtaliya arasında mədəniyyət sahəsində əməkdaşlığa töhfə olduğu vurğulanıb. Bundan əlavə, MAXXİ Milli Müasir İncəsənət Muzeyi ilə Heydər Əliyev Mərkəzi arasında gələcək əməkdaşlıq məsələləri müzakirə edilib. Sonra Mehriban xanım Əliyeva MAXXİ Milli Müasir İncəsənət Muzeyi ilə tanış olub.

 

Daha sonra Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və Fondun vitse-prezidenti Leyla Əliyeva “Bakıya uçuş: Müasir Azərbaycan incəsənəti” sərgisinin rəsmi açılışında iştirak ediblər.
 

Sərgiyə gələn qonaqlara buradakı rəssamların əsərlərinin bukletləri, “Baku” jurnalının, “Əli və Nino” əsərinin ingilis dilli versiyası, Azərbaycan haqqında videoçarxın olduğu disklər hədiyyə olunur. Romada açılan “Bakıya uçuş” sərgisi martın 26-dək davam edəcək.
Martın 5-də axşam Romada “Bakıya uçuş” sərgisində iştirak edən qonaqların şərəfinə ziyafət verilib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 705
avatar

Oxşar yazılar