Rəssamlarımızın əsərləri “Sotheby”-də  hərraca çıxarılacaq
22 fevral 2013 20:45 (UTC +04:00)

Rəssamlarımızın əsərləri “Sotheby”-də  hərraca çıxarılacaq

Britaniyanın məşhur “Sotheby” hərrac evi ilk dəfə Qafqaz və Mərkəzi Asiya ölkələrinin müasir incəsənət nümunələrinin satış-sərgisini təşkil edəcək. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, Avrasiya Təbii Sərvətlər Korporasiyasının (ENRC) dəstəyi ilə gerçəkləşən sərgi martın 4-də Londonda, “Sotheby”nin Nyu-Bond küçəsindəki zalında açılacaq.

 

Martın 12-dək davam edəcək “Yol ayrıcında” adlı sərgi Qafqaz və Mərkəzi Asiya ölkələrinin ustad rəssamlarının əsərlərindən təşkil olunmuş ilk belə tədbirdir. Ümumilikdə 47 əsərin satışa çıxarılacağı satış-sərgidə qiymətlər 3 min dollarla 500 min dollar arasında dəyişir.

 

“Yol ayrıcında” satış-sərgisində Azərbaycanın tanınmış rəssamlarından Tahir Salahov, Toğrul Nərimanbəyov, Mirnadir Zeynalov, Cavad Mircavadov, Əşrəf Murad, Faiq Əhməd, Altay Sadıqzadə, Aydan Salahova, Mahmud Rüstəmov və Rasim Babayevin əsərləri nümayiş olunacaq. 

 

“Sotheby” 1744-cü ildən sənət əsərləri kolleksiyaçılarını öz ətrafında cəmləyir və dünyanın ilk beynəlxalq hərrac evidir. “Sotheby” Nyu-York, London və Parisin onlarla satış mərkəzlərində hərraclar təşkil edir, 40 ölkədə 90-dan çox ofis şəbəkəsinə malikdir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 678
avatar

Oxşar yazılar