Ramiz Əzizbəylinin müalicəsi ev şəraitində davam edir
27 may 2014 17:39 (UTC +04:00)

Ramiz Əzizbəylinin müalicəsi ev şəraitində davam edir

“Həkimlər Ramiz bəyin nə zamana sağalacağını dəqiq deməyiblər”. Bu barədə Lent.az-a açıqlamasında xalq artisti R.Əzizbəylinin qızı Xədicə deyib. Atasının səhhətindən danışan xalq artistinin qızı bildirib ki, R. Əzizbəylinin müalicə kursu davam edir: ”Atamın müalicə prosesi ev şəraitində davam edir. Həkimlər evə gəlməsələr də, atamı mütəmadi olaraq tibb məntəqəsinə müayinəyə aparırıq. Allahın köməyi ilə müalicələr öz yolunda gedir. Nə zamana sağalacağını isə öncədən deyə bilmərik. Çünki bu müalicə hərədə bir cür effekt verir. Sağlamlığının yaxşılığa doğru irəliləyəcəyinə inanırıq”.

 

 

Qeyd edək ki, xalq artisti R. Əzizbəyli fevralın 21-də yaşadığı binanın qarşısında keçirdiyi avtomobil qəzasından sonra beyin insultu diaqnozu ilə Azərbaycan Tibb Universitetinin Tədris-Terapevtik Klinikasına yerləşdirilmişdi. O, daha sonra müalicəsini Mərkəzi Gömrük Hospitalında davam etdirirdi.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1089
avatar

Yalçın UĞUR

Oxşar yazılar