Rafiq Hüseynov: “ Səsimin düzəlməməsi məni çox narahat edir”
24 fevral 2014 18:48 (UTC +04:00)

Rafiq Hüseynov: “ Səsimin düzəlməməsi məni çox narahat edir”

“İkinci kimyaterapiyanı qəbul etmək üçün martın 3-də yenidən İstanbula gedəcəyəm”.


 

Bunu APA-ya açıqlamasında Azərbaycanın xalq artisti, məşhur diktor Rafiq Hüseynov deyib.

 

Diktor bildirib ki, 21 gün fasilə ilə üç dəfə kimyaterapiya qəbul etməlidir: “Səsimin düzəlməməsi məni çox narahat edir. Kimyaterapiya başa çatsın, görək necə olur. Həkimlər əməliyyatın nəticəsini, səhhətimdəki ümumi vəziyyəti yaxşı qiymətləndirdilər. Amma əməliyyatın fəsadlarını hiss edirəm. Başgicəllənmə, ürəkbulanma olur, ayaqlarımda ağrılar hiss edirəm. Deyirlər, olmalıdır, keçib gedəcək. Dözüb-dururam, görək nə olur”.

 

Qeyd edək ki, R. Hüseynov ağciyər xərçəngindən əziyyət çəkir. O, dekabrın 10-da Türkiyədə əməliyyat olunub. Həkimlər 4 saat çəkən əməliyyatla onun ağciyərinin üstündəki şişi götürüblər.

 

O, əməliyyatdan sonra bir dəfə İstanbula gedərək kimyaterapiya qəbul edib.

 

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 960
avatar

Oxşar yazılar