Qəbələdə növbəti beynəlxalq musiqi festivalı keçiriləcək
18 iyul 2014 14:08 (UTC +04:00)

Qəbələdə növbəti beynəlxalq musiqi festivalı keçiriləcək

Heydər Əliyev Fondunun daha bir möhtəşəm beynəlxalq layihəsi - ənənəvi VI Qəbələ Beynəlxalq Musiqi festivalı başlanır. Bu barədə Lent.az-a Mədəniyyət və Turizm Nazirliyindən məlumat verilib. Qəbələ şəhərində 23 iyul - 1 avqust tarixlərində keçiriləcək festivalda Azərbaycandan və xarici ölkələrdən görkəmli musiqiçilər, bədii kollektivlər, solistlər, dirijorlar iştirak edəcəklər.

Festivalda Rusiya, Türkiyə, Cənubi Afrika, ABŞ, Kanada, Fransa, Avstriya, İsrail, Ukrayna, Koreyadan dünya şöhrətli dirijorlar, musiqiçilər və kollektivlər - İohannesburq Filarmonik orkestri, İsrail "Brass kvintet", "Kiyev solistləri" milli kamera orkestri, Vyana Akademik Orkestri solistləri, Tel-Əviv baleti, Oksana Yablonskaya, Dmitri Yablonski, Yulian Raxlin, Gil Şohat, Tatyana Şafran, Çen Zimbalista, Janna Qandelman, Mira Avad və başqaları iştirak edəcəklər. Festival konsertlərində Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik orkestri, xalq artistləri Fərhad Bədəlbəyli, Rauf Abdullayev, Murad Adıgözəlzadə, Yalçın Adıgözəlov, Yeganə Axundova, Əli Əsgərov, əməkdar incəsənət xadimi Fəxrəddin Kərimov, əməkdar artistlər Gülnaz İsmayılova, Fəridə Məmmədova, Səbinə Əsədova, Sahib Paşazadə, beynəlxalq müsabiqələr laureatları Yusif Eyvazov, Azər Rzazadə, Kamran Ömərli, istedadlı gənc solistlər, muğam ifaçıları və başqaları çıxış edəcək.

 

Tədbirin təşkilati dəstəyi Mədəniyyət və Turizm Nazirliyidir.

 

Qeyd edək ki, Azərbaycanın birinci xanımı, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü və rəhbərliyi ilə həyata keçirilən, YUNESKO tərəfindən bəşər mədəniyyətinin incisi elan edilmiş Azərbaycan muğamına həsr olunmuş Beynəlxalq Muğam Festivalları böyük maraqla qarşılanaraq, dünyada geniş əks-səda doğurub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 774

Oxşar yazılar