Nuriyyə Əhmədova travmatologiya şöbəsinə yerləşdirildi
05 aprel 2014 12:35 (UTC +04:00)

Nuriyyə Əhmədova travmatologiya şöbəsinə yerləşdirildi

Ötən gün “Əhmədli” metro stansiyasının yaxınlığında 11 nömrəli avtobusda yıxıldıqdan sonra 3 saylı şəhər Kliniki Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilən xalq artisti Nuriyyə Əhmədovanın səhhətindən xəbər var. Lent.az-ın məlumatına görə, xalq artisti bu gün travmatologiya və ortopediya şöbəsinə yerləşdirilib.

 

Şöbə müdiri, aktrisanın müalicə həkimi Məhəmməd Məmmədov Lent.az-a bildirib ki, hazırda N. Əhmədovanın səhhəti orta ağırdır: “Bir neçə dəqiqə olar ki, Nuriyyə xanımı bizim şöbəyə yerləşdiriblər. Vəziyyəti orta ağırdır. Müalicələri davam edir. Təxminən bir həftəyə ayaq üstə gəzə bilər”.

 

Qeyd edək ki, N. Əhmədova 1950-ci il dekabrın 26-da Şəkidə anadan olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 856
avatar

Yalçın UĞUR

Oxşar yazılar