Novruz bayramı və Naxçıvan MR-ın 90 illiyi Rumıniyada qeyd edilib
20 mart 2014 16:26 (UTC +04:00)

Novruz bayramı və Naxçıvan MR-ın 90 illiyi Rumıniyada qeyd edilib

Azərbaycan-Rumıniya Gənclər və Mədəniyyət Assosiasiyasının təşəbbüsü, ARDNŞ-in Rumıniya nümayəndəliyinin dəstəyi ilə Buxarestdə Novruz bayramı və Naxçıvan Muxtar Respublikasının yaradılmasının 90 illik yubileyi münasibətilə tədbir keçirilib. Lent.az-ın məlumatına görə, tədbirdə azərbaycanlı və rumın deputatlar, Azərbaycanın, Türkiyənin, Türkmənistanın və Belarusun səfirləri, Rumıniyanın Xarici İşlər, İqtisadiyyat nazirliklərinin, Mədəniyyət İnstitutunun rəhbərliyi və əməkdaşları, Buxarest şəhərinin rayonlarının icra hakimləri, türkiyəli iş adamları, türk-tatar icmasının təmsilçiləri, diaspor təşkilatlarının təmsilçiləri, ARDNŞ-in Rumıniya nümayəndəliyinin birgə işlədiyi şirkətlərin rəhbərləri iştirak ediblər.

 

Azərbaycan-Rumıniya Gənclər və Mədəniyyət Assosiasiyasının sədri İqbal Hacıyev tədbirdə çıxış edərək Novruz bayramı və Naxçıvan Muxtar Respublikasının tarixi, adət-ənənələri haqqında danışıb.

 

ARDNŞ-in Rumıniya nümayəndəliyinin rəhbəri Həmzə Kərimov Novruz bayramının tarixindən, Azərbaycanın gözəl diyarı Naxçıvanın dahi şəxsiyyətlərindən, zəngin təbiətindən bəhs edib.

 

Milli Məclisin deputatı Qənirə Paşayeva çıxış edərək, Naxçıvanın tarixi barədə məlumat verib. O, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin də Naxçıvanda anadan olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırıb. Q.Paşayeva Novruz bayramının Azərbaycanın hər bir bölgəsində yüksək əhval-ruhiyyə ilə keçirildiyini söyləyib. O, əmin olduğunu bildirib ki, bu bayram tezliklə Azərbaycanın Dağlıq Qarabağ bölgəsində və işğal altında olan digər rayonlarında keçiriləcək.

 

Rumıniya-Azərbaycan parlamentlərarası işçi qrupunun sədri Yulian Yanku Novruz bayramı və Naxçıvan Muxtar Respublikasının yaradılmasının 90 illik yubileyi münasibətilə Azərbaycan xalqını təbrik edib. O, xalqlarımız arasında əlaqələrin daha da möhkəmləndirməsində parlamentlərarası işçi qrupunun rolunu qeyd edib.  

 

Naxçıvan Muxtar Respublikası və Novruz bayramı haqqında filmlərin göstərildiyi tədbir Azərbaycanın əməkdar artisti Tünzalə Ağayevanın və rumın musiqiçilərin ifalarında konsert proqramı ilə davam edib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1191

Oxşar yazılar

Şair Məmməd İsmayıl dəfn edildi  - YENİLƏNİB

Şair Məmməd İsmayıl dəfn edildi - YENİLƏNİB

20 avqust 2025 , 15:05
Xalq artisti qızını polisə verdi

Xalq artisti qızını polisə verdi

20 avqust 2025 , 12:25
Kefinizi açacaq 6 komediya serialı

Kefinizi açacaq 6 komediya serialı

19 avqust 2025 , 13:57
"Avroviziya"nın  loqosu yeniləndi

"Avroviziya"nın loqosu yeniləndi

19 avqust 2025 , 09:37
Vuqar Babanlı: “Atamın vicdanı heç vaxt susmayıb”

Vuqar Babanlı: “Atamın vicdanı heç vaxt susmayıb”

17 avqust 2025 , 13:34
Yazıçı Vidadi Babanlı Qazaxda dəfn olundu -FOTOLENT

Yazıçı Vidadi Babanlı Qazaxda dəfn olundu -FOTOLENT

17 avqust 2025 , 12:01
Yazıçı Vidadi Babanlı Qazaxda dəfn olunacaq - YENİLƏNİB

Yazıçı Vidadi Babanlı Qazaxda dəfn olunacaq - YENİLƏNİB

16 avqust 2025 , 19:19
Tanınmış yazıçı vəfat etdi

Tanınmış yazıçı vəfat etdi

14 avqust 2025 , 18:29