Nazirimiz Parisdə keçirilən sərgidə Azərbaycan stendini ziyarət edib
03 mart 2014 23:43 (UTC +04:00)

Nazirimiz Parisdə keçirilən sərgidə Azərbaycan stendini ziyarət edib

0

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Fransaya səfəri zamanı Paris “Yüksək Moda” həftəsi çərçivəsində Sənaye Dizaynerləri Sərgisində Azərbaycan stendini ziyarət edib.

 

Mədəniyyət və Turizm Nazirliyindən APA-ya verilən məlumata görə, ölkəmizi ilk dəfə iştirak etdiyi sərgidə Mənzər Hacıyeva təmsil edir.

 

Azərbaycan stendində nümayiş etdirilən ipək məhsulları, xüsusilə kəlağayı sərgi ziyarətçilərinin marağına səbəb olub. Ziyarətçilərə Azərbaycan kəlağayısının spesifikliyi və tarixi barədə məlumat verilib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 753

Oxşar yazılar