Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Kuba səfiri Omar Medina Quintero, Niderland səfiri Robbert Qabriyelsen və Türkmənistan səfiri Toylı Komekov ilə görüşüb. Bu barədə Lent.az-a Mədəniyyət və Turizm Nazirliyindən məlumat verilib.
Görüşlərdə Azərbaycanla Kuba, Niderland və Türkmənistan arasında qarşılıqlı əməkdaşlıq perspektivləri, mədəniyyət və turizm sahəsində mövcud əlaqələrin daha da genişləndirilməsi və yeni layihələrin həyata keçirilməsi barədə müzakirələr aparılıb.
Səfirlər ölkəmizlə əməkdaşlığın uğurla davam etdirildiyini vurğulayıb və Azərbaycanla sözü gedən ölkələr arasındakı əməkdaşlığın hazırkı inkişaf səviyyəsindən məmnunluq ifadə olunub.
Nazir səfirlərlə görüşüb
663