Milli Televiziya və Radio Şurası İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının üzvlərinin səlahiyyət müddətinin başa çatması ilə əlaqədar elan edilmiş müsabiqənin müddətini uzadıb.
Milli Televiziya və Radio Şurasından Lent.az-a verilən məlumata görə, “İctimai televiziya və radio yayımı haqqında” qanunun 17.4-cü maddəsinə uyğun olaraq İctimai Televiziya və Radio Yayımları Şirkətinin Yayım Şurasına idman federasiyaları, dini konfessiyalar və yaradıcılıq təşkilatları tərəfindən irəli sürülmüş namizədlərin 6 (altı) illik səlahiyyət müddətinin başa çatması ilə əlaqədar, yeni namizədlərin irəli sürülməsi ilə bağlı “Milli Televiziya və Radio Şurası haqqında Əsasnamə”nin 7.4-cü, “İctimai televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin Fərmanının 3.1-ci bəndinə uyğun olaraq Milli Televiziya və Radio Şurası İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasınınsəlahiyyət müddəti başa çatmış olan idman federasiyaları, dini konfessiyalar, yaradıcılıq təşkilatları - təşkilat qrupları üzrə üzvlüyə namizədlərin seçilməsi məqsədi ilə elan edilmiş müsabiqənin müddəti martın 19-dək uzadılıb.
Göstərilən təşkilat qrupları üzrə namizədlərin seçilməsi 19 mart tarixədək təmin edilməli, yekun protokollar və seçilmiş namizədlər barədə məlumatlar Milli Televiziya və Radio Şurasına təqdim edilməlidir.