Türkiyənin TRT1 kanalında nümayiş olunan məşhur “Sakarya Fırat” serialının 140-cı seriyasında Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovdan bəhs edilib. LEnt.az-ın məlumatına görə, həmin bölümdə hərbi xidmət keçən Murad adlı türk əsgəri Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimov haqqında bunları deyir: Azərbaycanın milli qəhrəmanlarından biridir. Mübariz İbrahimov. 2010-cı ildə şəhid düşdü. Qarabağda xidmət edən bir əsgər idi. Bir gün komandirləri Mübarizin atasını axtarır. Oğullarının yoxa çıxdığını deyirlər. Mübarizin atası deyir ki, oğlum yoxdursa, siz onu öndə-düşmən səngərində axtarın. Elə də oldu. Mübariz o gecə sərhədi keçib. Odlu silahı bitdikdən sonra Mübariz süngü ilə vuruşur. Həmin gecə o, tam 45 nəfər erməni əsgəri öldürür. Ermənilər onun cəsədinə belə işgəncə etdilər. Azərbaycanlılar şəhidin nəşini iki ay sonra aldılar.