Ötən gün səhər saatlarında dünyasını dəyişən əməkdar artist Məhəbbət Kazımov dəfn edilir. Lent.az anspress-ə istinadən xəbər verir ki, sənətçi ilə vida mərasimi bu gün öz yaşadığı evdə keçirilib. Mərasimə sənətçinin bir çox dostları və həmkarları qatılıblar.
Daha sonra M.Kazımovun cənazəsi Xırdalan qəbiristanlığında dəfn edilmək üçün ora aparılır. Mərasimdə müğənninin "Laçınım" mahnısı səsləndirilir.
Qeyd edək ki, mərhumun oğlu Rəşid Kazımov atasının şəkər xəstəliyindən əziyyət çəkdiyini deyib: "Qripə yoluxmuşdu. Bu xəstəlik atama pis təsir etdi. Onun vəziyyətini ağırlaşdırdı".