LENT.az-ın kitabxanası seriyasından “Əfqanıstan uçurumu”
09 yanvar 2013 15:04 (UTC +04:00)

LENT.az-ın kitabxanası seriyasından “Əfqanıstan uçurumu”

Sovet ordusunun Əfqanıstana girməsi və 10 il aparılan müharibənin nəticəsi nə oldu? Sovetlər Birliyi bu savaşı niyə başladı, niyə bu müharibə sona çatmadı?

Qəribə odur ki, Əfqanıstan müharibəsi barədə yüzlərlə əsgər mahnısı, tarixi faktları əks etdirən onlarla kitab yazılsa da, bu savaşın bədii həlli tapılmayıb, bu müharibə barədə roman-xatirə yoxdur. Lent.az-ın məlumatına görə, istedadlı yazıçı Zakir Sadatlı Əfqanıstana daxil olan ilk sovet hərbi birləşmələrinin tərkibində olub. 2 il ərzində gördüklərini – müharibə dəh­şətlərini, savaş iztirablarını, dost itkilərini, ölüm-itimləri – düz 30 ildən sonra yazıb.

 

“Əfqanıstan uçurumu” adlı roman – detektiv əsər, çılpaq həyat fəlsəfəsi, müharibə estetikası, mübarizə poetikası təəssüratı yaradır. Amma bütün bunların heç biri təxəyyül məhsulu deyil, reallıqlardır, yazıçının eşitdikləri yox, yalnız gördükləri, içində olduqlarıdır.

 

Oxucu müəlliflə bərabər mühasirə dəhşətini, dö­yüş həyəcanını yaşayır. Müharibə görməyən, az qala, silahın nə olduğunu bilməyən oxucu belə müəlliflə bərabər döyüşlərə atılır və sonda müharibənin yükü çiyinlərində, bərkə-boşa düşmüş adam kimi romanı bitirir.

 

Qanun Nəşriyyatında nəfis tərtibatda hazırlanan 304 səhifədən ibarət “Əfqanıstan uçurumu” kitabı 1000 tirajla çap olunub. Anar Mahmudoğlunun redaktorluğu ilə ərsəyə gələn kitabın qiyməti 8 AZN-dir

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1500
avatar

Oxşar yazılar