Azərbaycanda kino və seriallarla bağlı yeni qanun layihəsi hazırlanır.
APA-nın məlumatına görə, Milli Məclisin Mədəniyyət komitəsinin bu gün keçirilən iclasında komitə sədri Nizami Cəfərov bildirib ki, bu, “Kinematoqrafiya haqqında” qanun layihəsidir.
O qeyd edib ki, yeni qanunu parlament Mədəniyyət və Turizm Nazirliyi ilə birgə hazırlayır.
Yeni layihədə kinoların və serialların çəkilməsi, keyfiyyəti, təbliğat rolu və s. barədə xeyli yeni müddəalar var.