Kadır İnanır Vasif Talıbovun oğlu ilə dostluğundan danışdı
03 fevral 2013 21:22 (UTC +04:00)

Kadır İnanır Vasif Talıbovun oğlu ilə dostluğundan danışdı

Türkiyənin məşhur aktyoru, türk sinemasının ulduzlarından olan Kadır İnanır Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədi Vasif Talıbovun ailəsi ilə əlaqələrindən danışıb. "Yeni Müsavat"ın məlumatına görə, ünlü aktyor Türkiyənin “Star” TV kanalına müsahibəsində (veriliş efirə fevralın 3-də gedib) bu barədə olduqca maraqlı detaldan bəhs edib.

O, “Star life” verilişinə küçədə müsahibə verərkən deyib ki, Vasif Talıbovun oğlu ona yeməyə dəvət edib. Müxbirlə aktyor arasında dialoq bu cür olub:

- Kadır bəy, hara gedirsiniz?

- Yeməyə.

- Kiminlə?

- Naxçıvanın cumhurbaşqanının oğlu ilə.

Aktyor deyib ki, Talıbovlarla dostluğunun kökləri uzun müddət əvvələ gedib çıxır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3213
avatar

Oxşar yazılar