Yanvarın 24-dən fevralın 2-dək İstanbulda Azərbaycan Film Festivalı keçiriləcək.
Mədəniyyət və Turizm Nazirliyindən APA-ya verilən məlumata görə, festivalda "Arşın mal alan", "Yarasa", "Buta", "Qala", "İlahi məxluq", "40-cı qapı", "Çövkən" və "Çölçü" filmləri nümayiş olunacaq.
Festival Avropa Azərbaycan Cəmiyyəti və Türkiyənin Suna və Kıraç Fondu tərəfindən yaradılan Pera Muzeyinin birgə təşkilatçılığı ilə baş tutacaq.