Hüseyn Cavid Ankarada da anılıb
25 dekabr 2012 03:51 (UTC +04:00)

Hüseyn Cavid Ankarada da anılıb

Türkdilli Ölkələrin Mədəniyyət Təşkilatında (TÜRKSOY) və Ankaranın Keçiören Bələdiyyəsinin böyük teatr zalında xalqımızın unudulmaz şairi, görkəmli dramaturq Hüseyn Cavidin anadan olmasının 130 illiyi münasibətilə tədbirlər təşkil olunub.

 

Lent.az-a Azərbaycanın Türkiyədəki səfirliyindən daxil olana məlumata görə,TÜRKSOY-da təşkil olunmuş tədbirdə açılış çıxış edən təşkilatın baş katibinin müavini Fırat Purtaş dahi şairin xatirəsinin yaddaşlarda daim təzə qalması üçün bu kimi tədbirlərin əhəmiyyətini vurğulayıb.

 

Ardından söz Azərbaycanın Türkiyədəki səfiri Faiq Bağırova verilib. Səfir, öz çıxışında ilk olaraq TÜRKSOY-a dərin minnətdarlığını bildirərək, məşhur dramaturqun acı taleyindən və Türk Dünyası üçün əhəmiyyətli olan yaradıcılığından, eləcə də Heydər Əliyevin Cavidə verdiyi dəyərdən geniş və əsaslı şəkildə bəhs edib.

 

Daha sonra Naxçıvan Muxtar Respublikasının Mədəniyyət və Turizm nazirinin müavini Məhəmməd Həsənov, Türkiyə Mədəniyyət və Turizm nazirliyindən Ahmet Arı və Qırğızıstan Yazıçılar İttifaqının sədri Ömer Sultanov çıxışlarında unudulmaz şairin yaradıcılıq fəaliyyəti və dahi şairin yeni nəsillərə anladılması istiqamətində son 20 il ərzində həyata keçirilmiş işlərdən söz açıblar.

 

Ardından, görkəmli dramaturq Hüseyn Cavidin həyat və yaradıcılığı ilə bağlı hazırlanmış sənədli film nümayiş etdirilib.

 

Daha sonra dahi şair və məşhur dramaturqun yaradıcılığı ilə bağlı elmi konfrans öz işinə başlayıb. Heydər Əliyev Fondunun nümayəndəsi Məhəbbət Əliyeva, Avrasiya Yazıçılar İttifaqının Sədri Yaqub Öməroğlu, yazıçı Azər Turan, Kazım Qarabəkir Fondunun Sədri Timsal Qarabəkir, Turan Cavid Qadınlar Mərkəzinin Sədri Sevda Cəfərova və Azərbaycan Türkləri Mədəniyyət və Həmrəylik Fondunun Sədri Erol Göllü həyata keçirdikləri elmi təqdimatları ilə dahi şairin yaradıcılığı haqda tədbir iştirakçılarını ətraflı şəkildə məlumatlandırıblar.

 

Ardından müğənni Eyyub Yaqubov və Vaqif Əsədov Hüseyn Cavidin əsərlərini şer və mahnı şəklində səsləndiriblər.

 

Axşam saatlarında tədbirlərin davamı kimi, Ankaranın Keçiören Bələdiyyəsinin böyük teatr zalında dahi dramaturqun "İblis" əsəri, Naxçıvan Muxtar Respublikası Dram Teatrının əməkdaşları tərəfindən geniş tamaşaçı kütləyə nümayiş etdirilib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 914

Oxşar yazılar

Kefinizi açacaq 5  məzəli film   -  VİDEO

Kefinizi açacaq 5 məzəli film - VİDEO

17 iyul 2025 , 19:46
Azərbaycanın əməkdar incəsənət xadimi vəfat etdi

Azərbaycanın əməkdar incəsənət xadimi vəfat etdi

17 iyul 2025 , 16:25
Özünüzü  tapmağa   kömək edəcək  6 film   -  VİDEO

Özünüzü tapmağa kömək edəcək 6 film - VİDEO

16 iyul 2025 , 17:16
Çətin dövrlərdə sizi rahatlaşdıracaq  5 film   -  VİDEO

Çətin dövrlərdə sizi rahatlaşdıracaq 5 film - VİDEO

16 iyul 2025 , 15:33
Gənc yazıçı motosiklet qəzasında  ağır yaralandı - FOTO

Gənc yazıçı motosiklet qəzasında ağır yaralandı - FOTO

16 iyul 2025 , 11:25
Sizi  darıxmağa   qoymayacaq  5 film   -VİDEO

Sizi darıxmağa qoymayacaq 5 film -VİDEO

15 iyul 2025 , 16:19
Qadın hiyləsi  haqqında 10 sitat

Qadın hiyləsi haqqında 10 sitat

14 iyul 2025 , 18:35
Nəfəs kəsən  12 film   - mütləq izləyin -VİDEO

Nəfəs kəsən 12 film - mütləq izləyin -VİDEO

14 iyul 2025 , 17:51