Fevralın 1-dən etibarən Heydər Əliyev Sarayı beynəlxalq standartlara uyğun, ən yüksək səviyyəli xidmət göstərmək üçünə Wİ-Fİ zonası ilə əhatə dairəsini daha da genişləndirib. Sarayın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, yerli və xarici artistlər, kollektivlər Sarayın xidməti girişində, mərtəbələrdə, qrim otaqlarında və sair yerlərdə pulsuz internetdən istifadə edə biləcək.
Qeyd edək ki, Heydər Əliyev Sarayı 2012-ci ilin may ayının 1-dən Sarayın tamaşaçı foyesində (3000 kv.m) simsiz internetə sərbəst çıxışlı zona yaradaraq tamaşaçıların istifadəsinə verib.