Heydər Əliyev Fondunun Rumıniya nümayəndəliyi ilə yerli Mədəniyyət İnstitutu arasında saziş
13 fevral 2013 01:11 (UTC +04:00)

Heydər Əliyev Fondunun Rumıniya nümayəndəliyi ilə yerli Mədəniyyət İnstitutu arasında saziş

 

H. Əliyev Fondunun Rumıniya nümayəndəliyi yerli Mədəniyyət İnstitutu arasında saziş

Fevralın 12-də Rumıniya Mədəniyyət İnstitutu ilə Heydər Əliyev Fondunun Rumıniya nümayəndəliyi arasında əməkdaşlıq sazişi imzalanıb.

Lent.az-ın AzərTac-a istinadən məlumatına görə,tədbirdə Rumıniya Mədəniyyət İnstitutunun sədri Andrei Marqa, sədr müavini Horia Garbea, şöbə rəisləri, Heydər Əliyev Fondunun Rumıniya nümayəndəliyinin direktoru İqbal Hacıyev, Azərbaycan Respublikasının Rumıniyadakı səfirliyinin müşaviri Fərid Əbdinbəyov və Rumıniya dövlət KİV-lərinin nümayəndələri iştirak ediblər.


Tədbir zamanı İqbal Hacıyev Rumıniyada Heydər Əliyev Fondunun fəaliyyəti barədə iştirakçılara ətraflı məlumat verərək, yeni imzalanan əməkdaşlıq sazişinin Rumıniyada mədəniyyət layihələrin həyata keçirilməsi üçün böyük dəstək olduğun vurğulayıb.

Sədr Andrei Marqa Heydər Əliyev Fondunun Rumıniyadakı fəaliyyətini yüksək dəyərləndiyini və böyük önəm verdiyini bildirib. Sədr yeni imzalanan sazişin iki xalq arasında olan dostluq münasibətlərinin daha da möhkəmlənməsinə xidmət edəcəyini vurğulayıb.


Tədbirin sonunda Andrei Marqaya Heydər Əliyev Fondu tərəfindən hazırlanmış suvenirlər təqdim edilib.


Rumıniya Mədəniyyət İnstitutu dövlət qurumu olaraq, 2003-cü ildə rumın mədəniyyətini Rumıniya və Rumıniyanın xaricində təbliğatı üçün yaradılıb. Rumıniya Mədəniyyət İnstitutunun 18 ölkədə nümayəndəliyi vardır. Ali məktəb bu ölkələrdə fəaliyyət göstərən diaspor təşkilatları ilə sıx əməkdaşlıq edir. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 639
avatar

Oxşar yazılar