Görkəmli kinooperatoru Xan Babayevin 95 illiyi qeyd ediləcək
17 mart 2014 23:45 (UTC +04:00)

Görkəmli kinooperatoru Xan Babayevin 95 illiyi qeyd ediləcək

0
 Martın 19-da Dövlət Film Fondunda Azərbaycanın görkəmli kinooperatoru Xan Babayevin 95 illik yubiley tədbiri keçiriləcək.

 

Fonddan APA-ya verilən məlumata görə, tədbir Mədəniyyət və Turizm Nazirliyi, Kinematoqrafçılar İttifaqı və Dövlət Film Fondunun təşkilati dəstəyi ilə keçiriləcək.

 

Yubiley mərasimində görkəmli sənətkara həsr edilmiş fotosərgi nümayiş etdiriləcək, operator kimi quruluş verdiyi “Böyük dayaq”, “Ögey ana”, “Yenilməz batalyon” və s. filmlərdən fraqmentlər göstəriləcək, sənət dostlarının xatirələri dinlənəcək.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 488

Oxşar yazılar