Gənclər «Bravo»-nun diplomunu qazanıb
15 mart 2013 23:42 (UTC +04:00)

Gənclər «Bravo»-nun diplomunu qazanıb

7-11 mart tarixində Belçikanın Namur şəhərində “Bravo” Gənc skripkaçıların Beynəlxalq müsabiqəsi keçirilib. Həmin müsabiqədə Azərbaycanı Bülbül adına orta ixtisas musiqi məktəbinin şagirdi Aytən İbrahimova və Q.Qarayev adına 8 saylı 11 illik musiqi məktəbinin skripka ixtisası üzrə 11-ci sinif şagirdi Eyvazov Nadir Samir oğlu və 5-ci sinif şagirdi Əliyeva Zərrin Tahir qızı təmsil edib.


Müsabiqədə Aytən İbrahimova I , Zərrin Əliyeva II yerə,Nadir Eyvazov isə Diploma layiq görülüb. Qeyd edək ki, Aytən İbrahimovanın müəlliməsi Bakı Musiqi Akademiyasının professoru, əməkdar müəllim Fatimə İdyatulina, Nadir Eyvazov və Zərrin Əliyevanın müəlliməsi isə Bakı Musiqi Akademiyasının dosenti, sənətşünaslıq namizədi Hökümə Əliyevadır. İştirakçıları müsabiqədə Milli Konservatoriyanın müəlliməsi Arzu Səfərova müşayiət edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 941
avatar

Oxşar yazılar