Yanvarın 23-də Almaniya-Azərbaycan Mədəniyyət mərkяzində Fransa və Almaniya mədəniyyət günləri çərçivəsində konsert keçirilib. APA məlumatına görə, tədbirdə Azərbaycan əməkdar artisti solist Fəridə Məmmədova və cazmen Salman Qəmbərov Fransız və Alman bəstəkarlarının əsərlərindən seçilmiş repertuar- klassik və caz kompozisiyalar ifa ediblər. Musiqi axşamı çərçivəsində K. Debüssi, R. Ştraus, C. Brams, F. Lehar və s. bəstəkarların musiqi əsərləri səslənib.
Tədbir Fransa və Almaniyaнын Azərbaycandakı səfirliklər tərəfindən Almaniya Federativ Respublikası ilə Fransa Respublikası arasında barışıq rəmzi olan Yelisey Müqaviləsinin əllinci ildönümü münasibətilə təşkil olunub.