Fotoqrafın yeşikdəki sərgisi
19 fevral 2013 11:10 (UTC +04:00)

Fotoqrafın yeşikdəki sərgisi

Tanınmış fotoreportyor Abbas Atilayın fərdi sərgisi başa çatıb. Lent.az-ın məlumatına görə, “Xəmsə” kitab evində keçirilən sərgidə fotoqrafın son üç il ərzində çəkdiyi 50-yə yaxın maraqlı fotoşəkli nümayiş olunub. Yeşikdə təqdim olunan fotolar ölçüsündən asılı olaraq 10-20 manata satılıb. İlk dəfə təşkil olunan sərgisindən məmnun qalan fotoqraf bildirib ki, sərgini mindən artıq insan izləyib. Nümayiş olunan fotoların bəzilərinə 60-a yaxın sifariş verilib.

Sərginin ilk olaraq, bir günlük təşkil edilməsi nəzərdə tutulsa da, sonradan insanların marağını nəzərə alaraq daha bir gün də əlavə olunub.

Fotoqraf sərgidən əldə etdiyi gəlirlə İraqa səfər etməyi planlaşdırır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 772

Oxşar yazılar