Fortepiano üzrə müsabiqə elan edildi
28 dekabr 2012 14:08 (UTC +04:00)

Fortepiano üzrə müsabiqə elan edildi

Azərbaycan Bəstəkarlar İttifaqı Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası

“Azər Dadaşovun fortepiano əsərlərinin ən yaxşı ifası” üzrə II Respublika müsabiqəsi elan edib. İttifaqın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, müsabiqə 2013-cü ilin aprel ayında Bakı şəhərində keçiriləcək. Müsabiqə 2 yaş qrupu (I qrup – 16 yaşa qədər, II qrup – 16 yaşdan yuxarı) üzrə və 3 mərhələdə aparılacaq.

Müsabiqədə Respublikanın bütün musiqi təhsili ocaqlarının şagirdləri və tələbələri

iştirak edə bilərlər. Müsabiqədə iştirak etmək istəyənlər 1 mart 2013-cü il tarixinədək sənədləri Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasına təqdim etməlidirlər:

 

Müsabiqənin məqsəd və vəzifələri Azərbaycanda uşaq, yeniyetmə və gənclər arasında musiqi sənətinə həvəsin artırılması və musiqi zövqünün formalaşması, müasir Azərbaycan bəstəkarlarının uşaq və gənclər üçün yaratdıqları əsərlərin təbliği, fortepiano üzrə təhsil alan şagirdlərin və tələbələrin repertuarının yenilənməsidir. 

 

Münsiflər heyəti Bəstəkarlar İttifaqının üzvləri olan tanınmış incəsənət

xadimləri, Bakı Musiqi Akademiyasının professorlarından təşkil ediləcək.

 

Qaliblərə pul mükafatları, diplomlar, xüsusi mükafatlar təqdim olunur.

 

I yer – 700 manat və I dərəcəli Diplom

II yer – 500 manat və II dərəcəli Diplom

III yer – 300 manat və III dərəcəli Diplom

3 həvəsləndirici mükafat – 100 manat.

 

Müsabiqə üç mərhələdən ibarət olacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1170

Oxşar yazılar

Kefinizi açacaq 5  məzəli film   -  VİDEO

Kefinizi açacaq 5 məzəli film - VİDEO

17 iyul 2025 , 19:46
Azərbaycanın əməkdar incəsənət xadimi vəfat etdi

Azərbaycanın əməkdar incəsənət xadimi vəfat etdi

17 iyul 2025 , 16:25
Özünüzü  tapmağa   kömək edəcək  6 film   -  VİDEO

Özünüzü tapmağa kömək edəcək 6 film - VİDEO

16 iyul 2025 , 17:16
Çətin dövrlərdə sizi rahatlaşdıracaq  5 film   -  VİDEO

Çətin dövrlərdə sizi rahatlaşdıracaq 5 film - VİDEO

16 iyul 2025 , 15:33
Gənc yazıçı motosiklet qəzasında  ağır yaralandı - FOTO

Gənc yazıçı motosiklet qəzasında ağır yaralandı - FOTO

16 iyul 2025 , 11:25
Sizi  darıxmağa   qoymayacaq  5 film   -VİDEO

Sizi darıxmağa qoymayacaq 5 film -VİDEO

15 iyul 2025 , 16:19
Qadın hiyləsi  haqqında 10 sitat

Qadın hiyləsi haqqında 10 sitat

14 iyul 2025 , 18:35
Nəfəs kəsən  12 film   - mütləq izləyin -VİDEO

Nəfəs kəsən 12 film - mütləq izləyin -VİDEO

14 iyul 2025 , 17:51