Firəngiz Mütəllimova səhhətindən danışdı
20 fevral 2013 11:25 (UTC +04:00)

Firəngiz Mütəllimova səhhətindən danışdı

Bir müddət öncə səhhətində problem yaranan və müayinə üçün Türkiyəyə gedən xalq artisti, Azərbaycan Dövlət Dram Teatrının aktrisası Firəngiz Mütəllimova ölkəyə qayıdıb. Aktrisa Lent.az-a açıqlamasında bildirib ki, o, Azərbaycana dünən gəlib: “Türkiyədə müayinələrdən keçdim. Çox şükür ki, həkimlər qorxulu bir şey olmadığını dedilər. Artıq işə başlamağımda da problem yoxdur. Bu gündən etibarən işə çıxıram”.

 

Qeyd edək ki, bir müddət bundan öncə xalq artistinin beyin damarlarında tutulmalar olduğu üçün səhhətində ciddi problemlər yaranmışdı. O, bir müddət ev şəraitində müalicə olundu. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1323

Oxşar yazılar