Firəngiz Mütəllimovanın səhhəti pisləşib
15 yanvar 2013 13:47 (UTC +04:00)

Firəngiz Mütəllimovanın səhhəti pisləşib

Xalq artisti, Azərbaycan Dövlət Dram Teatrının aktrisası Firəngiz Mütəllimovanın səhhətində problem yaranıb. Lent.az-ın məlumatına görə, həkimlər aktrisaya işi ilə bağlı bir müddətlik qadağa qoyub.  

 

Firəngiz Mütəllimova Lent.az-a açıqlamasında bildirib ki, artıq bir neçə müddətdir, ev şəraitində müalicə olunur: “Beyin damarlarımda tutulmalar olub. Bu, təzyiqimə güclü təsir edib. Ona görə də çox hərəkət edə bilmirəm. Bu gün İnstitutda imtahanım olduğu üçün məcburən getdim. Bacım Nərgiz və həkimlərin nəzarəti ilə gedib-gəldim”.

 

Xalq artisti bildirib ki, səhhətində problem yaranmağına səbəb son aylar yaşadığı xoşagəlməz hadisələrə bağlı olub: “Hamı bilir ki, mən hissi içdən yaşayıram. Yaşar Nuri rəhmətə gedəndə mən nələr yaşadım?! Daha sonra isə qardaşım Belarusda ürəyindən ağır əməliyyat olundu. Bütün bunlar mənə pis təsir etdi. Nəticədə səhhətim pisləşdi”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2691

Oxşar yazılar