Əziz Əliyevin xəncəri Tarix Muzeyində qorunur
07 yanvar 2013 15:42 (UTC +04:00)

Əziz Əliyevin xəncəri Tarix Muzeyində qorunur

Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyasında XX əsrin görkəmli Azərbaycan siyasi xadimi Əziz Əliyevə məxsus bir sıra eksponatlar qorunur. Muzeydən Lent.az-a verilən məlumata görə, onlar sırasında tarixi əşya olması ilə bərabər nadir sənət əsəri sayılan xəncər xüsusi yer tutur. Hazırda Muzeyin Silahlar və Bayraqlar Fondunda qorunan xəncər polad tiyə, qızıl, gümüş, qarasavat və sümüklə bəzədilən dəstəkdən ibarətdir. Tarix üzrə fəlsəfə doktoru Səbuhi Əhmədovun araşdırmaları göstərib ki, Dağıstan ustalarının yüksək peşəkarlığının nümunəsi olan xəncər Əziz Əliyevə 1945-ci ildə Dağıstan xalqı adından faşizm üzərində qələbə münasibətilə hədiyyə olunub.

 

Xatırladaq ki, 1942-1949-cu illərdə Dağıstana rəhbərlik etmiş Əziz Əliyev burada yerli əhaliyə qarşı həyata keçirilən siyasi repressiyalara son qoyulmasına, dağıstanlılardan ibarət milli hərbi hissələrin təşkil olunmasına, yerli hakimiyyət orqanlarına dağıstanlıların  təyin edilməsinə nail olub. Əziz Əliyevin sayəsində dağıstanlılar bir çox digər xalqlar kimi sürgün olunmayıblar.

 

Muzeyin fondlarında Əziz Əliyevə məxsus təltif nişanları və sənədlər qorunmaqdadır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1372
avatar

Oxşar yazılar