Əsmər Nərimanbəyova: “Atamın yenidən Azərbaycanda dəfn olunmasına çalışmalıyıq”
03 iyul 2013 23:11 (UTC +04:00)

Əsmər Nərimanbəyova: “Atamın yenidən Azərbaycanda dəfn olunmasına çalışmalıyıq”

"Bundan sonra da atamın yenidən Azərbaycanda dəfn olunmasına çalışmalıyıq". Bunu APA-ya açıqlamasında bu gün Parisdə dəfn edilmiş azərbaycanlı rəssam Toğrul Nərimanbəyovun qızı, Əsmər Nərimanbəyova deyib.  

 

“Bu gün nə deyə bilərəm, atamı nəhayət torpağa tapşırdıq. Passi məzarlığı Parisin ən tanınmış qəbirsatnlıqlarından sayılır, burada çox məşhur şəxslər dəfn olunublar. Yenə də bir şey yaxşı oldu ki, öncə nəzərdə tutulduğu kimi atamın meyitini yandırtmadılar. Əvvəl bildiyiniz kimi həyat yoldaşı bu cür etmək istəyirdi. Mənim məhkəməyə şikayət etməyim, apelyasiya şikayəti verməyimin də müsbət nəticəsi o oldu ki, buna imkan vermədik. Nə yaxşı ki, nəhayət  normal şəkildə dəfn edə bildik. Amma əlbəttə, yaxşı olardı ki, biz onu Azərbaycanda, öz vətənində dəfn edə biləydik. Bunu bütün azərbaycanlılar, dostları, yaxınları istəyirdilər. Azərbaycanda dəfn olunsaydı daha layiqli təşkil olunacaqdı, hamı, onun əsərlərini sevən xalqımızda hörmətlə onu son mənzilə yola salacaqdı. Bizim arzumuz bu idi, çünki o özü də bunu istəyirdi”, deyə Toğrul Nərimanbəyovun qızı bildirib.  . 

 

Əsmər Nərimanbəyova mərhumun son arzusu ilə də bölüşdü: “Bir dəfə onu xəstəxanaya ziyarət etməyə getmişdim. Mənə dedi ki, birdən qalmasam, ölsəm, məni çalışın Bakıda dəfn edin. Bakıya getmək istədiyini demişdi. Xəstəxana da elə hey Azərbaycan haqda danışırdı, elə bil hiss etmişdi öləcəyini. Çox çətindir indi bizim üçün, çox çətindir. Amma təsəvvür edin ki, atam düz bir ay torpağa tapşırıla bilmədi. Yəni, indiki həyat yoldaşı burda dəfn olunmasını əldə etdisə, biz də rahatlandıq ki, atamı nəhayət torpağa tapşırıldı. Düzdür, bu faktı qəbul etməliyik. Amma fikrimcə, gələcəkdə yaxşı olardı ki, onun meyitini buradan çıxarıb Azərbaycanda, doğma vətənində fəxri xiyabanda yenidən dəfn edək”. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 840
avatar

Oxşar yazılar