Yanvarın 25-də dünya şöhrətli italyan bəstəkarı və dirijoru Ennio Morrikone Heydər Əliyev Sarayında konsert verəcək. Mədəniyyət və Turizm Nazirliyindən Lent.az-a verilən məlumata görə, “Buta” İncəsənət Mərkəzi, Mədəniyyət və Turizm Nazirliyi və İtaliyanın Azərbaycandakı səfirliyinin birgə dəstəyi ilə keçiriləcək konsert sənətçinin 85 illik yubileyinə həsr olunub.
Bu konsertdə Ennio Morrikone Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinə və Azərbaycan Dövlət Xor kapellasına dirijorluq edəcək.
Tamaşaçılar “Bir dəfə Amerikada”, “Yaxşı, pis və qəddar” və digər filmlərə yazılmış musiqi parçalarını, eləcə də bəstəkarın başqa əsərlərini dinləyəcəklər.