Əli Mərdan bəy Topçubaşı Sankt-Peterburqda xatırlanıb
28 dekabr 2012 06:52 (UTC +04:00)

Əli Mərdan bəy Topçubaşı Sankt-Peterburqda xatırlanıb

 

Əli Mərdan bəy Topçubaşı Sankt-Peterburqda xatırlanıb

Sankt-Peterburqda «Məşhur universitetlər» fondunun növbəti kitabı çapdan çıxıb.
Yeni nəşr «Rusiyanın yaxın xaricində Peterburq Universitetinin mədəni irsi»  adlanır («Naslediye Peterburqskoy Universitetskoy kulturı v russkom zarubejye»).

Tarix elmləri doktoru Aydın Balayevin AzadlıqRadiosuna bildirdiyinə görə, kitabda bolşeviklərin hakimiyyətə gəlişindən sonra Peterburq Universitetini vətəni tərk etməyə məcbur qalan müsəlman məzunlarına ayrıca fəsil ayrılıb.

Bu fəslin müəllifi A.N.Tahircanovadır. 

A. Tahircanova son illər Peterburq universitetinin müsəlman məzunlarının həyat və yaradıcılığını araşdırır.

Müəllif həmin fəsildə Seyid Cəfər Seyidmat, Heydər Bammat, Əlixan Qandəmirov, Musa Bigeyev, Əhməd-Zəki Validi və Rusiya müsəlmanlarının milli oyanışında önəmli rol oynayan başqa görkəmli şəxslər haqqında dəyərli məlumatlar verir.

Kitabda  XX əsrin əvvəllərində Rusiyadakı müsəlman hərəkatının liderlərindən sayılan, görkəmli siyasi xadim, diplomat və hüquqşünas, Paris Sülh Konfransının nümayəndə heyətinin rəhbəri  Ə.M.Topçubaşovun (Topçubaşı – Əli Mərdan bəy soyadını belə yazırdı—red.)  fəaliyyətindən də söz açılır.

Ə.M.Topçubaşının 1920-ci il mühacirətindən sonra itirilmiş müstəqilliyinin bərpası uğrunda mübarizəsi, dəfələrlə Azərbaycanın Qızıl Ordu tərəfindən qeyri-qanuni işğalı məsələsini qaldırdığı vurğulanır.

Diqqətə çatdırılır ki, Əli Mərdan bəy Qafqaz respublikalarının milli müstəqilliyinin bərpasının təməli kimi onların koordinasiya olunmuş birgə fəaliyyətini vacib hesab edirdi.

 

​​​Kitabda Müsavat Partiyasının 1917-ci ilin oktyabrında keçirilən qurultayı da xatırladılır. Müəllifin fikrincə, bu toplantı Azərbaycanda dominant mövqe tutub və Azərbaycan türklərinin 1918-ci ilin mayında qurduqları milli dövlətin əsasını qoyub.

Aydın Balayevin dediyinə görə, kitabda Paris Sülh Konfransında Azərbaycan nümayəndə heyətinin məsləhətçilərindən biri, «Azərbaycan» qəzetinin redaktoru, Cümhuriyyətin süqutundan sonra orada yaşamağa məcbur qalmış Ceyhun bəy  Hacıbəyli barədə maraqlı faktlar da  yer alıb.

Kitab yüksək poliqrafik icrada nəşr olunub.

KİTABDAN SEÇMƏLƏR:

A. Tahircanova 1920-ci ilin fevralında Lion vağzalında Ə.M.Topçubaşının milli hökumətin Fransa, İtaliya, İsveçrə, Belçika, Almaniya və İngiltərə universitetlərinə oxumağa göndərdiyi 79 azərbaycanlı gənci necə sevinclə qarşıladığını yazır və təəssüflə bildirir: «Cəmi iki ay sonra onların hamısı, elə Topçubaşov kimi, mühacirətə getməli olub…».

***

Başqırd dövlətçiliyinin təməlini qoyan Əhməd-Zəki Validinin Ə.M.Topçubaşıyla 1923-cü il Paris görüşü barədə xatirələrindən: «Əli Mərdan bəy dedi: «Mən artıq qocalmışam və qorxuram ki, bir də vətənimi görə bilməyəcəm. Rusiya müsəlmanlarının işlərini M.Ə.Rəsulzadəyə və sənə həvalə etməyə məcburam». Bundan sonra onun gözləri yaşla dolur».

***

1934-cü ildə Berlində çıxan «Yaşa Türküstan» jurnalında Ə.M.Topçubaşının dəfni barədə dərc olunan məlumat: «… noyabrın 8-də Əli Mərdan bəyin dəfninə xeyli adam yığılmışdı… Milliyyətcə gürcü, erməni, şimali qafqazlı, kalmık, ukraynalı və s. olan natiqlərin ona verdiyi qiymət göstərir ki, biz Əli Mərdan bəyin qismində necə böyük bir xadimi itirmişik…».

 

«Azadlıq radiosu»

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 966

Oxşar yazılar

Kefinizi açacaq 5  məzəli film   -  VİDEO

Kefinizi açacaq 5 məzəli film - VİDEO

17 iyul 2025 , 19:46
Azərbaycanın əməkdar incəsənət xadimi vəfat etdi

Azərbaycanın əməkdar incəsənət xadimi vəfat etdi

17 iyul 2025 , 16:25
Özünüzü  tapmağa   kömək edəcək  6 film   -  VİDEO

Özünüzü tapmağa kömək edəcək 6 film - VİDEO

16 iyul 2025 , 17:16
Çətin dövrlərdə sizi rahatlaşdıracaq  5 film   -  VİDEO

Çətin dövrlərdə sizi rahatlaşdıracaq 5 film - VİDEO

16 iyul 2025 , 15:33
Gənc yazıçı motosiklet qəzasında  ağır yaralandı - FOTO

Gənc yazıçı motosiklet qəzasında ağır yaralandı - FOTO

16 iyul 2025 , 11:25
Sizi  darıxmağa   qoymayacaq  5 film   -VİDEO

Sizi darıxmağa qoymayacaq 5 film -VİDEO

15 iyul 2025 , 16:19
Qadın hiyləsi  haqqında 10 sitat

Qadın hiyləsi haqqında 10 sitat

14 iyul 2025 , 18:35
Nəfəs kəsən  12 film   - mütləq izləyin -VİDEO

Nəfəs kəsən 12 film - mütləq izləyin -VİDEO

14 iyul 2025 , 17:51