Elçinin “Şekspir”-ində rol alan aktyorlar mükafata layiq görülüb
27 mart 2014 20:46 (UTC +04:00)

Elçinin “Şekspir”-ində rol alan aktyorlar mükafata layiq görülüb

Türkiyədə yaşayan azərbaycanlı aktrisa Məlahət Abbasovanın quruluş verdiyi xalq yazıçısı Elçin Əfəndiyevin “Şekspir” tamaşasında rol alan beş aktyor “İlin ən yaxşı aktyoru” mükafatına layiq görülüb.

 

M. Abbasovanın APA-ya verdiyi məlumata görə, 27 mart dünya teatr günü münasibəti ilə “Taksim bebek Rotary kulübü”nün ilin teatr xadimləri üçün nəzərdə tutduğu 2014-cü il üçün mükafatını Selma Kutluğ, Ertuğrul Postaoğlu, Murat Coşkuner, Elçin Atamgüç, Nevzat Çankaya qazanıblar.

 

Mükafatçılar İstanbul Böyük Şəhər Bələdiyyəsi Şəhər Teatrları və İstanbul Dövlət teatrının hazırladığı tamaşalar əsasında seçilib.

 

M. Abbasova qeyd edib ki, mükafatlandırma mərasimi may ayında keçiriləcək.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 363
avatar

Oxşar yazılar