Əbülfəs Qarayev  turizm sərgisində olub
07 noyabr 2013 12:17 (UTC +04:00)

Əbülfəs Qarayev  turizm sərgisində olub

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Londonda keçirilən “Dünya Səyahət Bazarı-2013” (World Travel Market-2013”) beynəlxalq turizm sərgisində iştirak edib. Bu barədə Lent.az-a  nazirlikdən məlumat verilib. Məlumata görə, sərgi çərçivəsində Birləşmiş Millətlərin Dünya Turizm Təşkilatına üzv ölkələrin nazirlərinin sammiti keçirilib.

Toplantıda əsasən dünya ölkələrində aviasiya və turizm siyasətləri arasında mövcud problemlər, həmçinin viza məsələləri müzakirə olunub. Nazir çıxışında Azərbaycanda qeyd olunan sahələrin inkişafından söz açaraq 2013-cü ildən etibarən dövlət tərəfindən turistlər üçün viza rejiminin sadələşdirildiyini qeyd edib.

Ə. Qarayev Dünya Turizm Təşkilatının baş katibi Taleb Rifai ilə, eləcə də Xorvatiya, Litva, Özbəkistan, İraq və Makedoniyanın turizm sahəsinə rəhbərlik edən nazirlərlə görüşüb. Söhbət zamanı gələcəkdə ölkəmizlə adıçəkilən ölkələr arasında turizm sahəsində əməkdaşlığın genişləndirilməsi müzakirə olunub.

 

Qeyd edək ki, sərgidə Azərbaycanı Mədəniyyət və Turizm Nazirliyi ilə yanaşı, 12 turizm şirkəti və 4 mehmanxana təmsil edir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 915

Oxşar yazılar

Sizi  darıxmağa   qoymayacaq  5 film   -VİDEO

Sizi darıxmağa qoymayacaq 5 film -VİDEO

15 iyul 2025 , 16:19
Qadın hiyləsi  haqqında 10 sitat

Qadın hiyləsi haqqında 10 sitat

14 iyul 2025 , 18:35
Nəfəs kəsən  12 film   - mütləq izləyin -VİDEO

Nəfəs kəsən 12 film - mütləq izləyin -VİDEO

14 iyul 2025 , 17:51
Xoşbəxt sonluqla bitməyən  5 SEVGİ FİLMİ -  VİDEO

Xoşbəxt sonluqla bitməyən 5 SEVGİ FİLMİ - VİDEO

14 iyul 2025 , 14:49
Professor Rəhman Bədəlov  vəfat etdi

Professor Rəhman Bədəlov vəfat etdi

9 iyul 2025 , 22:34
Baku TV-nin istehsal etdiyi “Söz” filminin təqdimatı keçirildi

Baku TV-nin istehsal etdiyi “Söz” filminin təqdimatı keçirildi

9 iyul 2025 , 19:38
Elman Rəfiyev

Azərbaycanda teatr direktoru istefa verdi

9 iyul 2025 , 12:32
Azərbaycan-İsrail kinematoqrafçılarının birgə filmi təqdim olundu - FOTO

Azərbaycan-İsrail kinematoqrafçılarının birgə filmi təqdim olundu - FOTO

9 iyul 2025 , 12:21