Dünya şöhrətli Joaquin Cortes  Bakıya gəlir
04 mart 2013 14:33 (UTC +04:00)

Dünya şöhrətli Joaquin Cortes Bakıya gəlir

Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərliyi ilə baş tutacaq “Muğam aləmi” III Beynəlxalq Muğam Festivalında iştirak etmək məqsədilə, dünya şöhrətli rəqqas Joaquin Cortes  Bakıya gələcək. Bu məlumatı  Lent. az-a Heydər Əliyev Sarayının mətbuat xidməti verib.

Martın 18-də, Heydər Əliyev Sarayında  Joaquin Cortes özünün yeni “DİSEN DE Mİ” adlı  rəqs proqramını təqdim edəcək.  Konsert saat 20:00-da başlayacaq.
 

Biletlər artıq satışdadır.  Qiyməti isə  10 -30 manatdır.

 

Qeyd edək ki, “Muğam aləmi” III Beynəlxalq Muğam Festivalı martın 9-dan 19-a qədər davam edəcək. Festival çərçivəsində beynəlxalq elmi simpozium, muğam ifaçılarının müsabiqəsi və dünyanın tanınmış musiqiçilərinin konsertlərinin keçirilməsi nəzərdə tutulub. Festivalın təşkilatçıları Heydər Əliyev Fondu, Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Bəstəkarlar İttifaqıdır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1161
avatar

Oxşar yazılar