Dram Teatrın direktoru britaniyalı teatr rejissoru ilə görüşüb
13 noyabr 2013 21:05 (UTC +04:00)

Dram Teatrın direktoru britaniyalı teatr rejissoru ilə görüşüb

Akademik Milli Dram Teatrının direktoru İsrafil İsrafilov britaniyalı teatr rejissoru Timoti Sapplla görüşüb.

 

Teatrın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, teatrın direktoru, professor İsrafil İsrafilov Azərbaycan teatr sənətinin tarixi və mövcud durumu haqqında məlumat verib. Görüşdə Akademik Milli Dram Teatrı ilə ingilis teatrlarının əməkdaşlıq əlaqələri müzakirə olunub, birgə layihələrin keçirilməsi planlaşdırılıb. Danışıqların nəticəsinə əsasən, növbəti mövsümlərdə Timoti Sappllın Azərbaycanda tamaşa qoyması və Akademik Milli Dram Tea6trının kollektivinin İngiltərəyə qastrol səfərinin təşkili kimi məsələlər nəzərdə tutulur.

 

Timati Sapll teatrın truppası ilə də görüşüb və söhbətlər aparıb.

 

Qeyd edək ki, rejissor Birləşmiş Krallığın, Avropanın, Cənubi və Şimali Afrikanın, Mərkəzi və Uzaq Şərqin teatrlarında tamaşalar hazırlayıb. O, bir sıra pyesləri, dastanları, müxtəlif xalqların milli ədəbi abidələrini ingilis dilinə və ingilis teatrına adaptasiya edib. Rejissor əsasən, Dövlət Kral Teatrı və Şekspir adına Kral truppasında çalışıb, həmçinin 1993-2000-ci illərdə Young Vik teatrının bədii direktoru vəzifəsində çalışıb. Hazırda Dash Arts-ın direktorudur. Young Vik teatrında “İki ağanın bir nökəri”, “On ikinci gecə”, “Ölümcül uzanaraq”, “Qanlı toy”, “Cunqliya kitabı”, “Qrimm qardaşlarının nağılları” “Qrimm qardaşlarının nağıllarından artıq”, “Gecəqondudan olan oğlanların trilogiyası”, “Edip”  və digər tamaşalara quruluş verib.

 

Timati Sappl “Time Out”, “Evening Standart”, “TMA”, “Oliver”, “BAFTA”, “Herard angel”  kimi nüfuzlu mükafatlara layiq görülüb.

 

# 1155
avatar

Oxşar yazılar